23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

PFL-dən açıqlama: "Mövsümü dayandırmaq düzgün olmaz"

Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun koronavirusa kütləvi yoluxmalara görə təxirə salınan matçları nə vaxt keçiriləcək?

Futbolxeber.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev “FutbolPress”ə açıqlamasında yeni tarixlərin hələ müəyyənləşmədiyini, bir neçə variantı götür-qoy etdiklərini söyləyib:

“İndidən bununla bağlı heç nə deyə bilməyəcəyik. Gələn həftə ərzində vəziyyəti nəzərdən keçirib, müzakirə apardıqdan sonra qərar veriləcək ki, turları oynayıb sonra bu matçlara qayıdaq, yoxsa əvvəlcə bu görüşləri keçirib ardınca digərlərini təşkil edək. Ola bilər ki, dövrə yekunlaşsın, sonra bu oyunlara qayıdaq. 2-3 variant var, ona görə dəqiq tarixlər müəyyənləşməyib”.

Son günlər futbol ictimaiyyətində mövsümün dayandırılması müzakirələri çoxalmaqdadır. Bəziləri hesab edir ki, bu vəziyyətdə çempionatı davam etdirmək vəziyyəti daha da pisləşdirir. Qurum rəsmisi çempionatın gələcək taleyinin yoluxma sayından, ölkədə koronavirusa görə veriləcək qərarlardan asılı olacağını bildirdi:

“Məsələ odur ki, heç kəs gələn tur nə olacağına zəmanət verə bilməz. Hər şey yoluxmadan asılıdır. Biz artıq bu virusla yaşamağı öyrənməliyik. Avropada da, dünyanın digər yerlərində də çempionatlar keçirilir, heç yerdə dayandırılmır. Müəyyən təxirəsalmalar var, amma konkret dayandırılma yoxdur. Bizdə məsələ belədi ki, 7 nəfər yoluxarsa, oyun təxirə salınır, əks-halda matçlar keçirilir. Növbəti turlarda analizlərin nəticələrindən çox şey asılı olacaq. Biz çempionatı davam etdirmək istəyirik.

Digər tərəfdən, indi mövsümü dayandırmaq gələcək planlama baxımından da düzgün olmaz. Çünki mövsümün ikinci hissəsində təqvim həddən artıq sıxdır – onda həftəiçi kubok oyunları da olmalıdır. Əgər indi dayandırsaq, sonradan bu matçları keçirmək üçün vaxt tapmaq çətin olacaq. Bu baxımdan çalışırıq ki, çempionatı keçirək. Əlbəttə, insan sağlamlığı önəmlidir. Hər şey analizlərin nəticələrindən asılıdır. Yoluxma kütləvi xarakter daşısa, görsək ki, arta-arta gedir, o halda əlimizdən bir şey gəlməyəcək. Ən əhəmiyyətli məsələ Operativ Qərargahın verəcəyi qərarlardır. Hələ bilinmir ki, yaxın gələcəkdə hansı qərarlar veriləcək. Biz keçən mövsümü dayandıranda stadionlar tam qapadılmış, açıq havada yarışlar dayandırılmışdı. Elə olsa, biz mövsümü dayandırmalı olacağıq, ancaq indiki halda davam etdirmək istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30