29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Keşlə" daha bir legionerlə vidalaşdı

"Keşlə" daha bir legioneri ilə yollarını ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu dəfə özbək yarımmüdafiəçi Şaxruh Qadoyevlə cari mövsümün sonunadək olan müqavilə qarşılıqlı razılıqla pozulub.

Ancaq bu cinah yarımmüdafiəçiylə bağlı belə qərar verilməsinə səbəb maddi yox, zədə amili olub. Belə ki, Şaxruh "Keşlə"də Premyer Liqamızda debütünü ilk turda "Sumqayıt"la səfər matçında reallaşdırandan sonra oynamır. Həmin görüşün 71-ci dəqiqəsində zədələnən 25 yaşlı legioner xaçvari bağlar sıradan çıxıb.

3 aylıq müalicəsi bitəndən sonra məşqlərə başlayan Qadoyev yenidən zədələnib və uzun müddətə sıradan çıxıb. Həm futbolçu zədədən bərpasına xeyli vaxt lazım olduğundan, həm də komandaya uyğun gəlmədiyindən, yolların ayrılması daha məqsədəuyğun sayılıb.

Xatırıadaq ki, "Keşlə" keçən həftəsonu braziliyalı yarımmüdafiəçilər - Artur Batistayla Alvaro Tavareşi müqavilələrini pozaraq göndərib (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31