29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Şahin Diniyev: "Koronavirusa görə övladlarımın yanına gedə bilmirəm"

"Övladlarım koronavirusa yoluxsalar da, özüm yaxşıyam. Biz birlikdə yaşamırıq. Ev yaxın olsa da, onlar ayrı yaşayırlar".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Sabah" klubunda çıxış edən Coşqun Diniyev və "Zirə"də oynayan Kərim Diniyevin koronavirus testinin müsbət çıxması barədə danışarkən deyib.

55 yaşlı mütəxəssis hər iki oyunçunun səhhətinin yaxşı olduğunu söyləyib: "Onlarda xəstəliyin simtompu yoxdur. 1-2 günə növbəti dəfə test verməlidirlər. Hazırda evdə karantindədirlər. Hamı kimi yaşayırlar. Heç xəstəliyi hiss etmirlər. Vəziyyətləri ilə bağlı telefonla maraqlanıram, yanlarına gedə bilmirik. Xəstəliyin heç bir simptomları onlarda görünməyib, sadəcə, testlərinin nəticəsi müsbətdir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31