24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Aftandil Hacıyev: "Koronavirus çempionatda ən çox bizə təsir edib"

"Sevincli, tarixi günlər yaşayırıq. Torpaqlarımızın qayıtması hamımızı sevindirir. Xüsusilə "Qarabağ" klubunu təbrik edirəm. Ev oyununu "İmarət"də keçirmək üçün gözəl fürsət yaranıb".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XI turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, hər iki komandada ciddi itkilər var: "Koronavirus çempionatda ən çox bizə təsir edib. Bu gün əsas heyətin 4 futbolçusu meydana çıxa bilmədi. İtkilərə baxmayaraq, bu gün ən yaxşı oyunlarımızdan birini keçirdik. İlk hissədə yaxşı qol imkanımız olsa da, istifadə edə bilmədik.İkinci yarıda fərqlənsək də, təzyiqə davam gətirə bilmədik. Buna baxmayaraq, 1 xal qazandıq. Nəzərə alaq, son vaxtların ən yaxşı komandası ilə oynadıq. İnanıram ki, yuxarı sıralara yüksələcəyik".

Hacıyev Amil Yunanovun çıxışından razı qaldığını vurğulayıb: "O, azsaylı yerli hücumçulardandır. Bu gün oyunundan razı qaldım. Amma daha yaxşı oynaya bilər. Öz üzərində çox çalışır. İnanıram ki, formasını qısa zamanda bərpa edəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30