26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rıza Çalımbay: “İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik”

"Qarabağ”a qarşı sabahkı matç bizim üçün finala bərabərdir. Yola davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Çalımbay koronavirus pandemiyasının komandasında böyük ziyan vurduğunu, heyətdə cəmi 14-15 sağlam futbolçu qaldığını qeyd edib: “Buna baxmayaraq, oyunçular hər şeylərini ortaya qoyacaq. Görüşün İstanbulda olması yaxşıdır. Amma Azərbaycan da bizim məmləkətimizdir. Ötən turda “Qarabağ”la matçda bunu hamı gördü. İstəyirik ki, növbəti mərhələyə vəsiqə qazanaq. Bütün futbolçulara inanıram”.

Çalımbay Azərbaycanın cəbhə bölgəsindəki qələbə barədə bunları söyləyib: “Onlar nə qədər xoşbəxtsə, biz də o qədər xoşbəxtik. Matç dostluq oyunu kimi gerçəkləşəcək. İki qardaş oyuna çıxacaq. Amma qələbə qazanmaq istəyirik. Azərbaycan çətin dönəm yaşadı. Qələbə münasibəti ilə onları təbrik edirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30