28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

”Xəzər Lənkəran” "Bakı" ilə oyunun hazırlığını davam etdirir

Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində “Bakı”nı doğma meydanında qəbul edəcək “Xəzər Lənkəran” hazırlığını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, qısamüddətli Qəbələ toplanışından sonra Lənkərandakı bazasında toplaşan komanda artıq üç gündür ki, “Bakı” ilə oyunun hazırlığına başlayıb. Milli komandaların oyunu ilə əlaqədar komandanın düşərgəsindən ayrılan futbolçular Nikola Qliqorov istisna olmaqla geri qayıdaraq məşqlərdə iştirak edirlər. Makedoniyalı futbolçu isə dünən ölkəsinin DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu olduğundan sabahdan “Xəzər Lənkəran”a qoşulacaq. “Xəzər Lənkəran”ın gənc forvardı Elnur Cəfərov isə yenidən U-17 düşərgəsinə toplanışa çağrılıb. Gündə iki dəfə ehtiyat meydanda keçirilən məşqlər aramsız yağan yağışa rəğmən davam etdirilir və komanda zədəli futbolçu olmadan tam heyətlə hazırlığını sürdürür.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31