19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Premyer Liqamızda son 17 ilin rekordu

Azərbaycan Premyer Liqasının 10-cu turunda keçirilən 4 oyunda 19 qol vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Qarabağ” - “Sumqayıt” matçında (6:1) yeddi, “Qəbələ” - “Neftçi” oyununda (1:4) beş, “Zirə” - “Keşlə” qarşılaşmasında (3:1) dörd, “Sabah” - “Səbail” görüşündə (2:1) üç qol qeydə alınıb. Ümumilikdə, turun orta məhsuldarlığı 4,75-ə bərabərdir.

Bu, nəinki cari mövsümün rekordu, ümumiyyətlə, son 17 ilin ən yüksək göstəricisinin təkrarıdır.

2016/17 mövsümünün 4-cü turunda da indiki kimi 4 oyunda 19 qol vurulub. 2016-cı il sentyabrın 9-11-də keçirilən turda “Qəbələ” “Neftçi”ni 8:0, “Qarabağ” AZAL-ı 6:0, “Keşlə” “Sumqayıt”ı 2:1, “Kəpəz” “Zirə”ni 2:0 hesabı ilə üstələyib.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2003-cü il avqustun 2-3-də təsadüf olunub. 2003/04 mövsümünün 12-ci turunun 6 matçında 29 qol vurulub. Orta məhsuldarlıq 4,83-ə bərabər olub. Həmin vaxt “Qarabağ-Azərsun” “Ədliyyə”ni 7:0, “Şəmkir” “Turan”ı 5:1, “Xəzər Universiteti” “Lokomotiv”i 5:0, “Neftçi” Sumqayıt “Xəzər”ini 3:1, “Kəpəz” MOİK-i 1:0 hesabı ilə məğlub edib, “Bakılı” - “Dinamo” matçı 3:3 hesabı ilə başa çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30