19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Yubiley oyununda yubiley qələbəsi

“Zirə”nin Azərbaycan Premyer Liqasının 10-cu turunun “Keşlə” ilə qarşılaşmasındakı 3:1 hesablı qələbə yubileylərlə əlamətdar olub.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, “Zirə” bütün turnirlər nəzərə alınmaqla öz meydanında 50-ci qələbəsini qazanıb. Bu, klub tarixinin 100-cü ev oyununa təsadüf edib. Digər qarşılaşmalarda 26 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

Zirə İdman Kompleksinin stadionundakı görüş həm də Premyer Liqada 75-ci ev matçı və 35-ci qələbə olub. “Qartallar” öz meydanında 21 heç-heçə və 19 məğlubiyyət yaşayıb.

Qeyd edək ki, 50 ev qələbəsindən 35-i Premyer Liqaya təsadüf edibsə, birinci divizionda 9 (15 oyun), Azərbaycan kubokunda 5 (8 oyun), UEFA Avropa Liqasında 1 (2 oyun) qalibiyyət əldə olunub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30