24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Braziliyalı futbolçu: “Şükür ki, Azərbaycan ordusu möhtəşəm zəfər çaldı”

“Dağlıq Qarabağda gedən müharibə ilə  bağlı  çox narahat idim. Tanrıya şükür ki, Azərbaycan ordusu döyüş meydanında qalib gəldi və möhtəşəm zəfər çaldı. Bütün Azərbaycan xalqını, ələxüsus Qarabağı yenidən vətənə qovuşduran cəsur, mərd oğlanları alqışlayıram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq üzvü, əslən braziliyalı Fabio Luis Ramim bildirib.

Ramim Azərbaycana bağlılığını vurğulayıb: “Əslində, sakit birisiyəm və şəxsi həyatımla bağlı məsələləri sosial şəbəkələrdə bölüşmürəm, amma Qarabağla bağlı internetdə paylaşım etmişəm, çünki mən də özümü Azərbaycanın bir parçası hiss edirəm. Peşəkar bir futbolçu kimi ölkənizə, qonaqpərvər və mehriban insanlarınıza çox borcluyam. Bakıda çox gözəl günlərim keçib, yığmadakı oyunlarımı xüsusi bir nostalji hissi ilə tez-tez xatırlayıram.

Braziliyada yaşasam da, ürəyim Azərbaycanla döyünür. İnanıram ki, nə vaxtsa öz mənəvi borcumu qaytarmaq üçün Azərbaycana dönəcəm, çünki mən qəlbimdə Azərbaycanlıyam. Həmişə ay-ulduzlu üçrəngli bayrağımızı daha da uca etmək üçün futbol meydançasında əzmlə çalışmışam. Əfsuslar olsun ki, aldığım zədələr səbəbindən “Bakı”da karyeramı davam etdirə bilmədim”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30