26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Yunis Hüseynov: “Qol vurmaqda çətinlik çəkirik”

“Azərbaycan xalqını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edirəm. “Zirə” ilə oyun maraqlı alındı. Bura qələbə üçün gəlmişdik. Normal oyun alındı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 10-cu turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis komandasının hücum xəttindən razı qalmadığını bildirib: "İki oyunçumuz xəstələnmişdi. Hücuma meylli futbolçulardan ikisi zədəli idi. Sağ və sol müdafiəçilər yarımmüdafiə mövqeyində çıxış edirdilər. Komandamdan narazı deyiləm. Bu gün ikinci hissədə pis təsir bağışlamadıq. Öz səhvlərimizdən qollar buraxdıq".

Y.Hüseynov qışda hücumçu almaq niyyətində olduqlarını vurğulayıb: "Qışda bizdə də dəyişiklik olacaq. Çalışacağıq ki, hücum xəttini gücləndirək. Qol vurmaqda çətinlik çəkirik".

Baş məşqçi paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollinin oyunu ilə bağlı isə bunu deyib: "O, topla oynayan futbolçudur. Top onda olanda təhlükə yarada bilir. Bu gün onun oyunundan narazı qalmadım. Onu başa düşən futbolçu olsa, hər şey daha yaxşı olacaq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30