25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Neftçi”nin daha bir hücumçusu koronavirusa yoluxdu

“Neftçi”nin hücumçusu Mirabdulla Abbasov koronavirusa yoluxub.

Futbolxeber.az saytının məlumatına görə, bu haqda komandanın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ”yə qarşı keçirilən oyundan (4:1) sonra açıqlama verib.

O, Azərbaycan millisinin düşərgəsindən qayıdan Abbasovun testinin pozitiv çıxdığını açıqlayıb. Bu səbəbdən 25 yaşlı forvard bugünkü qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, daha əvvəl "Neftçi"nin digər hücumçusu Prins İbara da Konqo millisinin düşərgəsində olarkən koronavirusa yoluxmuşdu. Artıq sağalan afrikalı forvard bu gün "Qəbələ" ilə matçda "ağ-qaralar"ın heyətində qol hesabını açıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30