18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ayxan Abbasov: "İlk 20 dəqiqəni kimə göstərsən, deməz ki, 6 qol buraxaraq uduzarıq”

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın X turunda "Qarabağ"a səfərdə 1:6 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis əvvəlcə görüş haqda danışıb:

- İlk növbədə "Qarabağ"ı Ağdamın qaytarılması münasibətilə təbrik edirəm. Millidə oyunçularımız vardı, bəlkə də bəziləri çox yorulmuşdu. Heyətimiz geniş olsaydı, onlara istirahət vermək olardı. "Qarabağ" çempionatda digər komandalardan fərqlənir. İlk növbədə səhvləri bağışlamamağa görə. Belə məğlubiyyət istəməzdik, ancaq təslim olmaq da olmaz. Zədəlilərimiz də çoxalır. Qışadək maksimum xal yığmalıyıq. Bu məğlubiyyəti unudub "Qəbələ"ylə matça hazırlaşacağıq.

- Qapıda dəyişiklik təəccüblü gəldi. Bunu necə şərh edərdiniz?

- Bu, təəccübləndirməməlidir. Mehdi da əsas qapıçımızdır, onu da itirmək istəməzdik. Bu gün tək onda yox, bütün komandada səhvlər oldu.

- Belə məğlubiyyətlə arxayınçılığın rolu oldu ki, "Sumqayıt" 1-ci yerdə idi?

- Belə deməzdim. Hardasa konsentrasiyamız aşağı oldu. İlk 15-20 dəqiqə pis təsir bağışlamadıq, taktiki düz oynayırdıq. Standart vəziyyətdən 2 qol buraxdıq. Bu, yaralı yerimizdi. Çempionatda elə "qırğın" gedir ki, hər gün turnir cədvəlində yerdəyişmələr olur. Sadəcə, bu gün bizim günümüz deyildi.

- Zədəlilərin durumu necədir?

- İstəməzdim ki, iki müdafiəçimizi birdən itirək. Meydança da ağır idi. Hər iki qapının önü bərbad idi. Bu, futbolçulara mənfi təsir göstərdi.

- Neçənci oyundur faktiki hücumçusuz oynayırsınız. Rəhbərliklə alternativ variantla bağlı düşünmüsüzmü?

- Bizi nə gözlədiyini mövsümün əvvəlində demişəm. Bəzi mövqelərdə oyunçularımız yoxdur. Büdcəmizi qurmuşuq, rəhbərliyə bir söz deyə bilmərəm. Qışdan sonra 2-ci hücumçu almağa çalışacağıq. Kimi gəldi də götürmək istəmirəm, eləsi bizə rast da gəlməyib. Əli Qurbaninin itkisi böyük itki oldu.

- Oyundan əvvəl sizdə 6 qol qorxusu vardı?

- Məndə heç bir oyunda qorxu olmur. Futbolçularıma demişdim ki, "Qarabağ" yaxşı formadadır. Xüsusilə hücum xəttində. "Qarabağ"la "Sumqayıt"la müqayisə də etmək düzgün deyil. Bizi sevindirən odu ki, hələ ki güclülərin içində mübarizə aparmalıyıq.

- Yəni belə hesabla məğlubiyyəti gözləyirdiniz?

- Yox, hansı məşqçi bu hesabı gözləyə bilər? İlk 20 dəqiqəni kiməsə göstərsən, deməz ki, 6 qol buraxaraq uduzarıq (Sport24.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30