28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi" Kazbek Tuayevi təbrik etdi

"Neftçi”nin veteran futbolçusu, sabiq baş məşqçisi Kazbek Tuayev bugünlərdə 80 yaşını qeyd edib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə "Neftçi”nin baş məşqçisi Samir Abasov yubilyarı iş yerində ziyarət edib, ona klub adından təbriklər və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, hazırda Azərbaycan Futbol Məşqçiləri İttifaqının sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Kazbek Tuayev 1961-1971-ci illər ərzində "Neftçi”nin heyətində 298 oyun keçirib, 60 qol vurub, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanıb. 1983-1984, 1991, 1996-1997, 1998, 2001-2004-cü illərdə "Neftçi”nin baş məşqçisi olmuş Tuayev 1995/1996, 1996/1997 və 2003/2004 mövsümlərində komandaya ölkə çempionluğunu, 1995/1996, 2003/2004 mövsümlərində isə ölkə kubokunu qazandırıb. O, 1995-1997, 2002-ci illərdə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31