20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Millimizin üzvü: "Bütün gün Van Dammın filmlərinə baxırdım"

Ukraynanın “Aleksandriya” klubunda yeni layihəyə - “Oyundan kənar”a start verilib.

Futbolxeber.az saytının məlumatına görə, layihənin ilk qonağı Azərbaycan milli komandasının da üzvü olan Pavel Paşayev olub.

2017-ci ildən Ukrayna klubunda çıxış edən müdafiəçi “Oyundan kənar”da futbola gəlişindən danışıb: “Hər şeydən əvvəl biz azarkeşlər üçün oynayırıq. Bir futbolçu olaraq azarkeşlərin məni xoş tanıması çox vacibdir.

Uşaqlıqda futbolla yanaşı, cüdo ilə də məşğul olmuşam. Qaldığımız ərazinin yanında idman zalı var idi. Bütün gün uşaqlarla Jan-Klod Van Dammın filmlərinə baxır, döyüş sənətlərini öyrənmək istəyirdik. Elə oldu ki, mən də getdim cüdoya yazıldım. Bu idmanda xüsusi uğurum yoxdur. Sadəcə, evdə oturmamaq üçün cüdoya gedirdim və paralel olaraq da futbolla məşğul olurdum”.

Qeyd edək ki, 2015-ci ilən yığmamıza dəvət alan Pavel Paşayev 20 oyuna çıxıb (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30