28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Nazarov: “Koronavirusa görə millidə oynamağıma icazə verilməməsi üzücüdür”

“İndi elə vaxtdır ki, hər şey çox incədir. Belə məqamda bu kimi qərarlar verilməlidir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlamasında deyib.

Son dövrlərdə millimizdən kənar düşməsinə münasibət bildirən 30 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasına görə verilən bu qərardan üzüldüyünü qeyd edib:

"Karantin tədbirləri səbəbindən Almaniyaya qayıtdıqdan sonra yoluxma və ya müvəqqəti məşqdən kənarda qalmaq riski çox böyükdür. Hazırda millidə oynamağıma icazə verilməməsi mənim üçün üzücüdür. Ancaq buna məcburam. Tezliklə vəziyyətin müəyyən dərəcədə yaxşılaşacağına ümid edirəm”.

Qeyd edək ki, Dmitri Nazarov millinin həm oktyabrdakı, həm də bu aydakı oyunlarına dəvət edilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31