23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

De Byazi: “Futbolçularda qalib psixologiyasını formalaşdırmalıyıq”

“Bizim üçün vacib oyun idi. Çətin oyun olacağını bilirdik. İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının son turunda Lüksemburqa qarşı keçirilən qarşılaşmadan (0:0) sonra deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandasının daha yaxşı oynamaq üçün imkanı var: “Bədavi Hüseynovun zədələnməsi oyun planımızı pozdu. Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi. Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız vardı”.

De Byazi vurğulayıb ki, milli üzvlərində qələbə psixologiyası formalaşmalıdır: “COVİD-19 pandemiyası planlarımızı pozdu. Qrupun ilk oyununa daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var”.

O bildirib ki, DÇ-2022-nin seçmə mərhələsinə kimi 2 yoxlama oyunu keçirilməsini istəyir: “Mart ayınadək rəsmi oyunlar yoxdur, rəhbərliklə danışmalıyq. Bəzi təşkilatı işlər görüldükdən sonra yanvar ayının sonu fevralın əvvəlində təlim-məşq toplanışı və iki yoxlama oyunu keçirməyi planlaşdırırıq”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30