9 Yanvar 2026, Cümə
"Neftçi"də məşqçi təyinatları
“Qəbələ”də nigeriyalı hücumçu
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq

Ölkə futbolu

Maksim də koronavirusa yoluxdu

Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Maksim Medvedev koronavirusa yoluxub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdulla açıqlama verib.

Assosiasiya rəsmisi bildirib ki, noyabrın 16-da 31 yaşlı müdafiəçinin temperaturu qalxıb. "Bu gün isə onun test nəticəsi müsbət olub. Milli komandanın digər oyunçularında və məşqçi heyətində virus aşkarlanmayıb".

Maksim Medvedev UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Lüksemburqla keçiriləcək matçı buraxacaq.

Daha əvvəl yığmanın digər iki futbolçusu - Təmkin Xəlilzadə və Rahil Məmmədovun koronavirusa yoluxduğu bəlli olub. Onlar Xorvatiyada karantinə alınıb.

Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31