20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Loran Yans: "Azərbaycana qalib gəlib, digər oyunun nəticəsini gözləməliyik"

"Çox məyusuq. Bunu evdə Monteneqroya uduzduğumuz oyunla da müqayisə edə bilərik. Həmin görüşdən sonra da hamımız üzgün idik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Lüksemburq yığmasının kapitanı Loran Yans UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Kiprə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi bu məğlubiyyətlə liderlik şansını əldən verdiklərini bildirib: "Zirvədəki yerimizi qorumaq istəyirdik. Əsas vəzifə bu idi. Ağır oyun olsa da, yaxşı qol fürsətləri yaxaladıq. Hamımız 1 xal üçün sonadək vuruşduq".

Belçika "Standard"ında çıxış edən futbolçu B Liqasına yüksəlmək şanslarının qaldığını söyləyib: "Həmişə deyirlər ki, futbolda hər şey olur. Amma realist olmaq lazımdır. Edə biləcəyimiz yeganə şey Azərbaycana qalib gəlib gözləməkdir. Monteneqronun Kiprlə matçda nə edəcəyinə baxmaq lazımdır".

Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30