23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ayxan Abbasovun "Sumqayıt"dakı 2 ili

Ayxan Abbasovun "Sumqayıt"ın baş məşqçisi təyin olunmasından 2 il ötür.

Futbolxeber.az saytının məlumatına görə, 2018-19 mövsümünün 12-ci turundan etibarən komandanın sükanı arxasına keçən Ayxan Abbasovun rəhbərliyi ilə “Sumqayıt” Premyer Liqada 46 oyun keçirib.

39 yaşlı mütəxəssisin komandanı meydana çıxardığı oyunlarda 15 qələbə, 11 heç-heçə və 20 məğlubiyyət qeydə alınıb. Hazırda davam edən 2020/2021 mövsümündə Ayxan Abbasovun rəhbərlik etdiyi komanda 9 oyuna 15 xal toplayaraq, ilk pillədə qərarlaşıb.

"Sumqayıt" tamamlanmamış 2019/2020 mövsümünü 4-cü sırada bitirməklə tarixində ilk dəfə UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Sumqayıt" Ayxan Abbasovun rəhbərliyi ilə Azərbaycan Kubokunda 9 oyun keçirib. Bu oyunların 6-sı 2018/19 mövsümünə, qalanı isə ötən mövsümə təsadüf edir.

2018/19 mövsümündə komanda bütün rəqiblərini adlayaraq, tarixində ilk dəfə Azərbaycan kubokunun final mərhələsinə vəsiqə qazanmışdı. Final qarşılaşmasında məğlub olan "Sumqayıt" yarımçıq dayandırılan 2019/2020 mövsümündə isə yarımfinala qədər irəliləməyi bacarmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30