19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Millimizlə oyun öncəsi dronların uçuşu qadağan edildi

Lüksemburqda beynəlxalq futbol oyunlarında dronlardan istifadə qadağan edilib.

Futbolxeber.az saytının məlumatına görə, hökumət yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - VI turunun Azərbaycanla oyununda baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb.

İkinci Qarabağ müharibəsinin yenicə başa çatdığını nəzərə alan müvafiq qurumlar görüşün baş tutacağı "Jozi Bartel" stadionunun üzərində dronların uçuşuna qadağa qoyub. Qadağanı pozan şəxsləri 8 gündən 1 ilə qədər həbs cəzası və 12-248 avro məbləğində cərimə gözləyir.

Noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin "Düdelanj" - "Qarabağ" oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30