20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Azərbaycanla görüşdə meydana ən yaxşı komanda çıxacaq”

"Lüksemburqdan asılı olmağımıza baxmayaraq, qarşıdakı iki oyunda qələbə qazanmaq niyyətindəyik. Bəlkə də əsas rəqibimiz büdrəyəcək. Amma əvvəlcə öz matçlarımıza baxmalıyıq. İki çətin komandanı məğlub etməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Monteneqro millisinin baş məşqçisi Faruk Hecibegiç Qazaxıstanla yoldaşlıq oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında UEFA Millətlər Liqasında Azərbaycan və Kiprlə oynayacaqları matçlar barədə danışarkən deyib.

63 yaşlı mütəxəssis sözügedən qarşılaşmalar üçün heyəti müəyyənləşdirmədiyini bildirib: "Düşünürəm ki, Azərbaycanla oyunda meydana ən yaxşı komanda çıxacaq. Bir daha deyirəm ki, komandadakı ab-havadan məmnunam. Futbolçuların istəyi və futbola sevgisi hər gün bir az daha artır".

Qeyd edək ki, noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Iviç” stadionunda keçiriləcək Azərbaycan-Monteneqro oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30