15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

“30 illik yaramız sağaldı”

Milli komandamızın qapıçısı Emil Balayev sabah Sloveniyaya qarşı keçiriləcək oyundan öncə təşkil edilən mətbuat konfransına qatılıb.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli qolkiper ilk öncə Qarabağ savaşındakı qələbəmizdən söz açıb: “Bizim üçün əlamətdar gündür - zəfər günüdür. Ali Baş Komandanı və xalqımızı təbrik edirəm. 30 illik yaramız sağaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Oyunla bağlı isə Balayev bunları bildirib: “Baş məşqçimiz bəzən mənə, bəzən Şahruddinə şans verir. Bu, komandadaxili rəqabətdir. Futbolçuların işi məşqlərdə özünü maksimum göstərmək, məşqçinin rəğbətini qazanmaqdır. Qalanı məşqçinin fikridir. Bizim aramızda sağlam rəqabət var. Mən də öz şansımız gözləyib gələcəkdə daha çox şans əldə etmək istəyirəm”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31