19 Avqust 2026, Çərşənbə
“Qarabağ” Niderlanda yollandı
"Neftçi"də serbiyalı vinger
"Qarabağ" "Şamaxı"ya qalib gəldi
"Qarabağ" Cəfərquliyevi itirdi

Ölkə futbolu

Qurban Qurbanov: “Həmin şəhərlərimizdə oynayacağımız günü səbirsizliklə gözləyirəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. İndidən sonra işğal haqda yox, bu zəfərdən danışacağam.

Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbirsizliklə gözləyirəm.

Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31