25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Nikolov Şuşa haqda: "Azərbaycanın qələbələri 2009-cu ilin o günündən başladı"

Bakının “İnter” (hazırkı “Keşlə”) klubunun keçmiş prezidenti Georgi Nikolov Azərbaycan Ordusunun Şuşa şəhərini erməni işğalından azad etməsinə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı öz Feysbuk səhifəsində paylaşım edən bolqarıstanlı funksioner qeyd edib ki, Şuşanın azad edilməsi Azərbaycan xalqının sarsılmaz inam və iradəsinin qələbəsidir:

"2009-cu ilin yaz gününü yaxşı xatırlayıram. Mənim "İnter"im Ağdamın Quzanlı qəsəbəsində "Qarabağ"la mövsümün ən vacib oyunlarından birini keçirirdi. Etiraf edim ki, AFFA-nın həmin gözlənilməz qərarına uzun müddət qarşı çıxdım. Sonra yüksək vəzifəli dövlət məmuru olan dostum zəng vurub məsləhət verdi ki, artıq tullanma, sakit ol! Bildirdi ki, Quzanlıdakı qarşılaşma son dərəcə əhəmiyyətli dövlət tədbiridir. Burada idman ikinci dərəcəlidir.

Və oyun baş tutdu. Təmas xəttindən bir neçə kilometr məsafədə! Əslində idman nəticələrinin heç bir əhəmiyyəti yox idi. Çünki Azərbaycanın qələbələri 2009-cu ilin həmin günü tamamilə zərərsiz futbol hadisəsi ilə başladı.

Xalq, ölkə, hakimiyyət göstərdi ki, birmənalı olaraq işğal və haqsızlıqla heç vaxt barışmayacaq. Buna görə də dünən qədim paytaxt Şuşanın azad edilməsi sizin sarsılmaz inam və iradənizin qələbəsidir, mənim dostlarım. Əminəm ki, tam qələbə qazananadək dayanmayacaqsınız!"

Xatırladaq ki, Georgi Nikolov 2006-2015-ci illərdə "İnter" klubunun prezidenti olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30