24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yunis Hüseynovun 100-cü qələbəsi

Yunis Hüseynov baş məşqçi karyerasında 100-cü qələbəsini qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu, “Keşlə”nin “Qəbələ” ilə Premyer Liqanın 9-cu turundakı matçına təsadüf edib. 3:1 hesablı qələbə Hüseynov üçün yubiley kimi tarixə düşüb. 100-cü qələbə onun baş məşqçi kimi 270-ci oyununa təsadüf edib.

Baş məşqçi vəzifəsində debütü 2004-cü ilə təsadüf edən Hüseynov Premyer Liqada 82, Azərbaycan kubokunda 15, Avropa Liqasında (UEFA kuboku) 3 dəfə qələbə sevinci yaşayıb. O, 5 klubda komandasının qalibiyyətinə şahid olub. “Karvan” 75 (çempionat - 64, kubok - 9, UEFA kuboku - 2), “Standard” 7 (çempionat - 3, kubok - 4), “Xəzər Lənkəran” 13 (çempionat - 11, kubok - 1, UEFA kuboku - 1), “Kəpəz” 2 (çempionat - 1, kubok - 1) qarşılaşmada Hüseynovun rəhbərliyi altında qalib gəlib. Onun 10-cu dəfə meydana çıxardığı “Keşlə” 3-cü dəfə qələbə qazanıb. Hər üç uğur Premyer Liqa çərçivəsində gerçəkləşib (pfl.az).

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30