28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Səfərdə 500-cü qol və üç rekord

“Qarabağ” Azərbaycan çempionatlarında 500-cü səfər qoluna imza atıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, qolun müəllifi Filip Ozobiç olub. O, Premyer Liqanın IX turunun “Neftçi” ilə görüşündə hesabı açaraq yubiley topunun müəllifi olub. 6:0 hesabı ilə qalib gələn ağdamlılar bu rəqəmi 505-ə də çatdırıb.

Xorvatiyalı yarımmüdafiəçinin ilk qolu onun Premyer Liqada 30-cu topu olub. “Qarabağ”a qədər “Qəbələ”də də oynamış Ozobiç het-trik edərək bu rəqəmi 32-yə yüksəldib.

Bu qarşılaşma üç rekordla da əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib. Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyükhesablı səfər qələbəsinin təkrarı olub. Qurban Qurbanovun yetirmələri 2018/19 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31