26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: "Oğlumun milliyə çağırılması gözlənilməz oldu"

"Öncə hamınızı, xalqımızı təbrik edirəm. Ali Baş Komandandan Şuşanın azad olunması xəbərini aldıq. Şuşanın yeri qəlbimizdə bir başqadır. Çox sevinirəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ən baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Neftçi"yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

48 yaşı mütəxəssis bildirib ki, futbolda belə hallar olur: "Bizim də başımıza gəlib. Rəqibə uğurlar arzu edirəm. Komandamı təbrik etdim. Futbolçularımız bu oyunu gözləyirdilər ki, istirahət etsinlər. Bəziləri dincələcək, bəziləri isə milliyə yollanacaq".

Təcrübəli baş məşqçi oğlu Musa Qurbanlının əsas milliyə dəvət olunmasına münasibət bildirib: "Gözlənilməz oldu. Sevindirici haldır ki, gənclərə yer verirlər. Amma bu, o demək deyil ki, Musa tam olaraq milliyə layiqdir. Məsuliyyəti dərk etməlidir. Öz üzərində çox işləməlidir. Mən gənc oyunçulara fərq qoymuram. Hamısına övladım kimi baxıram. Onların yığmada olmasına müsbət baxıram. Bu, onların inkişafını tezləşdirir".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30