19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

AFFA erməni futbolçunun təxribatçı hərəkəti ilə bağlı müraciət edəcək

AFFA Almaniyanın "Hoffenhaym" klubunun erməni futbolçusu Sarkis Adamyanın təxribatı ilə bağlı müraciət hazırlayır.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı hücumçunun əməli ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Bu məsələ AFFA diqqət mərkəzindədir.

Belə ki, sentyabrın 27-dən bəri erməni futbolçuların, funksionerlərin və digər rəsmi şəxslərin təxribatçı açıqlamaları, sosial şəbəkələrdə paylaşımları barədə AFFA müxtəlif təşkilatlara, UEFA-ya, FIFA-ya və aidiyyatı üzrə müxtəlif assosiasiyalara məktublar ünvanlayıb: "İndiyə kimi bununla bağlı 17 məktub yazılıb. Monteneqro, Slovakiya, Yunanıstan və İtaliya Futbol Federasiyaları bunların arasındadır. Sosial şəbəkələrdəki, matçlardakı və digər təxribatların hamısı izlənilir və müvafiq qaydada müraciət ünvanlanır".

Qeyd edək ki, Sarkis Adamyan Avropa Liqasının qrup mərhələsinin III turunda Çexiya "Slovan"ını 5:0 hesabı ilə məğlub etdikləri matçda dubl edib. Forvard sport24.ru saytına açıqlamasında qolları Azərbaycan ordusuna qarşı döyüşən erməni "qardaş və bacılarına həsr etdiyini" deyib. Bu zaman o, Qarabağın əvəzinə qondarma rejimin adını çəkib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30