25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Kevin Medina: “Qurban Qurbanovdan yeni şeylər öyrəndim”

"Qurban Qurbanov çox yaxşı insandır. Mənim də çox sevdiyim iş tərzi var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.

Kolumbiyalı müdafiəçi komandanın baş məşqçisi Qurban Qurbanov haqqında danışarkən 48 yaşlı çalışdırıcı haqda mübət fikirlər bildirib. O, "Qarabağ"ın oyun tərzini də çox bəyəndiyini qeyd edib:

“Qurban Qurbanovun rəhbərliyi altında yeni şeylər öyrəndim. Futbolçulara aşıladığı inam bizim üçün böyük qazancdır. Məşqçinin yaratdığı sərbəstliyi və rahatlığı çox yüksək qiymətləndirirəm. "Qarabağ"ın oyunu İspan üslubuna yaxındır, topla çox oynamağı sevirik. Portuqaliya futbolu isə daha çox taktika və fiziki hazırlığa əsaslanır".

Gələcək karyerasından da söz açan Medina hələlik ölkəsinə qayıtmaq barədə düşünmədiyini söyləyib: "Karyeramı Avropada davam etdirəcəyimə inanıram. Çünki Çempionlar Liqası və Avropa Liqasında oynamaq fürsəti məni daha çox cəlb edir".

Qeyd edək ki, Kevin Medina "Qarabağ"a bu yay Portuqaliyanın "Çaveş" klubundan keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30