24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Ayxan Abbasov: "Premyer Liqadan U-21-ə getmək bir pillə aşağı enməkdir"

"Son iki oyunda formada olan komandaya qarşı oynayırdıq. Rəqibin bizi analiz etdiyini bilirdik. Sevinirəm ki, rəqiblər bizimlə oyunlarda sistemlərini dəyişirlər, bizə qarşı əvvəlki kimi hazırlaşmırlar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə "Neftçi" ilə qolsuz başa çatan matçdan sonra mətbuat konfransında deyib.

"İtkilərimiz var, əlimizdəki futbolçulara uyğun oyun qururuq. Hücumda kəsərli olmağa rəqib imkan vermədi. Ədalətli nəticə heç-heçə idi. Penaltini vura bilməmək üzücü oldu. Zədəlilərin sağalmasını gözləyərək, hazırlıqlara davam edəcəyik", - deyə o qeyd edib.

39 yaşlı mütəxəssis bildirib ki, komandasında penalti sindromunun olduğunu deməklə məsələni çox şişirdirlər: "Elvin Məmmədov səhv etmirəmsə, indiyədək heç bir penaltini qaçırmamışdı. Penalti üzərində məşq edilməməsi fikri ilə razı deyiləm. Komandada penalti vuranlar olmalıdır, bizdə də belə oyunçular mövcuddur. Bu gün penaltini Rəhim Sadıxov da vura bilərdi, amma Elvin Məmmədov topa özünə inamla yaxınlaşdı. Hər bir komandada belə hallar mümkündür".

Abbasov bildirib ki, sərəncamında yalnız 1 hücumçu var: "Digər komandalar kimi əlimdə üç hücumçu, əlavə cinah oyunçuları yoxdur. Bu gün əlimizdə əlavə futbolçu yoxdursa, hücumçu problemi yaşayırıqsa, əlimizdəki heyətlə hazırlaşmağa çalışmalıyıq".

Baş məşqçi "Neftçi"nin 5 müdafiəçi sistemi ilə oynamasını rəqibin "Sumqayıt"dan çəkinməsi kimi dəyərləndirib: "Rəqibdən belə taktiki sxem gözləmirdim. Bu gün "Neftçi" ilə heç-heçə etmişik. Ona görə də tələsməməyi istəməyim normaldır".

Abbasov U-21 millimizi çalışdıracağı haqda yayılan xəbərlərə belə münasibət bildirib: "Premyer Liqadan U-21-ə getmək bir pillə aşağı enməkdir. Əsas millidən təklif olsa, düşünmək olar".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30