26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Qarabağ" bəyanat yaydı

“Qarabağ” bəyanat yayıb.

Futbolxeber.az saytı həmin bəyanatı olduğu kimi təqdim edir:

“Bildirmək istərdik ki, "Qarabağ" Futbol Klubu hər zaman İdman Prinsiplərinə, Ali Futbol Qurumu olan UEFA-nın Ədalətli Oyun (Fair Play), İrqçiliyə yox (No Racism) və digər bütün qaydalarına riayət edir, eyni zamanda, Azərbaycanın ərazi haqqı və bütövlüyünü dəstəkləməkdə möhkəmdir. İşimiz futboldur və tezliklə oyunlarımızı Qarabağdakı öz əzəli stadionumuzda oynaya biləcəyimizə inamımız sonsuzdur.

Biz düşünürük ki, idmanın şahı sayılan futbol öz yurdlarından didərgin düşmüş bir milyona yaxın qaçqının illər boyu çəkdiyi əziyyətini beynəlxalq səviyyədə məlumatlandırmaq üçün ən yaxşı dinc vasitədir. Prezidentimiz cənab İlham Əliyev tərəfindən dəfələrlə bildirildiyi kimi, milliyyətindən asılı olmayaraq mülki şəxslərə edilən hər hansı bir hücumu pisləyir, Gəncə, Bərdə və Tərtər şəhərlərindəki erməni silahlı qüvvələri tərəfindən günahsız mülki vətəndaşların dəfələrlə bombalanması və öldürülməsini kəskin şəkildə qınayırıq. Bu hücumlar nəticəsində günahsız mülki şəxslərin dağıntılarına, itkilərinə və əzablarına beynəlxalq cavab tələb edirik.

"Qarabağ" Futbol Klubu olaraq mənəvi, humanist dəyərlərimizə, insanlığın birliyinə və həyatın müqəddəsliyinə inamımıza bağlılığımıza sadiq qalırıq. Bu inam kökləri milli mədəniyyətimizdə, böyük filosofumuz İmaməddin Nəsiminin şeirlərində, komanda üzvlərimizin hər birinin ürəyində tapır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30