28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rəşad Sadıqov: “Hər şey düşündüyümüz kimi alınmadı”

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın VIII turunda "Səbail"lə evdə qolsuz bərabərliklə nəticələnən görüşdən sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı məşqçi əvvəlcə qarşılaşma haqda düşüncələrini bölüşüb:

- Ümumən bu oyunda komandamdan daha çox şey gözləyirdim. Mübarizə daha çox mərkəzdə getdi. Eyni səviyyəli oyun keçdi. Çox baxımlı futbolun şahid olmadıq. Qollu oyun olmadı. Daha yaxşı oynaya bilərdik. Buna potensialımız var. Hər şey düşündüyümüz kimi alınmadı.

- Bəzən futbolçularınızasərt reaksiya verirsiniz Sizə futbol oynadığınız vaxtda baş məşqçi belə etsəydi, reaksiyanız necə olardı?

- Mənə belə sərt reaksiya az verməyiblər. Bir çox məşqçilər futbolçularından tələb edirlər. Fikrinizə razı deyiləm ki, daim belə edirdim. Çünki dəstək olduğum anlar da olub. Ona görə tələbkarlıq göstərirəm ki, daha yaxşı oynaya bilərlər. Özüm də futbol oynadığımız vaxtda danışan, tələbkar olmuşam, reaksiya göstərmişəm.

- Davit Volkov qolçu hücumçu olsa da, son vaxtlar oyunu alınmır. Nədir səbəb?

- Ümumiyyətlə, son 3 oyunda qol vurmaqda çətinlik çəkirik, cəmi 1 qol vurmuşuq. Sumqayıtda yaxşı qol imkanlarımız oldu. "Qarabağ"la marçda bəzən yaxşı əks-hücuma keçdik. Qol epizodu yaratmaqda çətinlik çəkirik. Sırf Volkovla bağlamazdım, Rəqiblərimiz də bizi analiz edir. "Səbail" yaxşı müdafiə olunurdu. Hücumçu asılı mövqedi. Ona şərait yaratmaq lazımdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31