29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" - "Sabah": 13-cü duel

Bu həftə Azərbaycan Premyer Liqasında II dövrə start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” VIII turun matçını evdə keçirəcək.

“Qırmızı-qaralar” öz meydanında “Sabah”la görüşəcək. Qəbələ şəhər stadionundakı matç rəqiblərin 13-cü qarşıdurması olacaq.

İlk duelləri 2 il öncəyə təsadüf edən komandalar indiyədək 12 dəfə üz-üzə gəlib. Səkkiz dəfə Premyer Liqada, dörd dəfə Azərbaycan kubokunda görüşən rəqiblərin duellərində üstünlük “Qəbələ”nin tərəfindədir. 7 dəfə qələbə qazanan “qırmızı-qaralar” 1 oyunda heç-heçə edib və 4 matçda uduzub. Rəqib qapısından 15 top keçirən futbolçular 12 qol buraxıb. “Qəbələ”nin bu oyunlardakı ən yaxşı bombardirlər Davit Volkovla Klesio Baukdur. Onlar hərəyə 3 qol vurublar.

Premyer Liqadakı oyunlarda bakılılar 4, qəbələlilər 3 dəfə üç xala sevinib. Bir dəfə isə sülh qeydə alınıb. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir - 10:7. Öz meydanında 3 qələbə və 1 heç-heçəsi olan “Qəbələ” yalnız 1 matçda məğlub olub. Komandanın ev oyunlarındakı üstünlüyü top fərqində də əksini tapıb - 8:6.

Xatırladaq ki, oktyabrın 31-də keçiriləcək “Qəbələ” - “Sabah” oyunu saat 14:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31