28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Romero: "Onlar azərbaycanlı olduqları üçün qürur duyurlar"

“Qarabağ”ın  futbolçusu Xayme Romero Azərbaycandakı vəziyyət və Qarabağ münaqişəsi haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, ölkənin təhlükəsiz olduğunu bildirən 30 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində “Vilyarreal”la qarşılaşacaqları matçın da əhəmiyyətli olduğunu deyib:

“Qarabağ” bu münaqişənin getdiyi bölgənin adıdır. Baş məşqçi bizə ölkəni və həmin bölgəni təmsil etidiyimizi tamamilə açıq şəkildə izah edib.Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandır. Arada bir fərq görmürük, təhlükə də yoxdur. Məni burada təsirləndirən şey isə  vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdır. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdir.

Komandaya çox tez uyğunlaşdım. "Qarabağ" ardıcıl 8 ildir ki, avrokubokların qrup mərhələsində oynayır. Bakı isə möhtəşəm şəhərdir. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi. “Qarabağ”da xoşbəxtəm".

Romero Avroliqanın qrup mərhələsinin ikinci turunda sabah “Vilyarreal”a qarşı keçiriləcək görüşlə bağlı bunları söyləyib:

“Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi. Qarşılaşma əvvəllər heç vaxt oynamadığımız stadionda olacaq. "Vilyarreal" qrupun favoritidir. Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qələbə üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik”.

Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" matçı Bakı vaxtı ilə 21:50-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31