20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rüfət Dadaşov: “ABŞ-də işlərim əla gedir”

Azərbayan millisinin hücumçusu Rüfət Dadaşov ABŞ-ın “Finiks Rayzinq” klubundakı durumundan danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, Almaniyanın “Bild” nəşrinə açıqlamasında yeni komandasına və ölkəyə tam uyğunlaşdığını bildirib: “ABŞ-də işlərim əla gedir. İnsanlar və komanda yoldaşlarım həqiqətən mehriban və qayğıkeşdirlər. Dil və ünsiyyət artıq mənim üçün problem deyil. Laura və mən özümüzü tamamilə rahat hiss edirik”.

29 yaşlı forvard bildirib ki, Milli Futbol Liqasında 2019/2020 mövsümü başa çatdığı üçün Almaniyaya qayıdacaq: “Əvvəlcə tətilə çıxacağıq. Bir ildir görmədiyimiz ailəmizi və yaxınlarımızı ziyarət etmək üçün Berlinə gedəcəyik”.

Klubu ilə 2021-ci ilin noyabrınadək müqaviləsi olan Dadaşov sabiq komandası olan Almaniya “Proyssen”indən danışıb: “Komandada nə baş verdiyindən xəbərsizəm. Amma onları yenidən 3-cü Bundesliqada görməkdən şad olaram”.

Qeyd edək ki, Rüfətin komandası ötən mövsümün qalibi olub. O isə 11 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30