25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Prezidentin köməkçisi: "Ermənistan öz əsgərlərinin meyitlərinə sahib çıxmır"

"Ermənistanın Müdafiə Nazirliyi və müdafiə naziri şəxsən Azərbaycan tərəfinə ağır zərbələr endirməsi ilə bağlı açıqlama verib. Onlar döyüş bölgəsində ağır zərbələr endirməkdə acizdirlər".

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

"Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin əsgərlərinin cəsədlərini qaytarmağa hazır olduğunu bildirsə də, onlar bu günə qədər buna cavab verməyib, meyitlərə sahib çıxmayıb. Azərbaycan Qazax-Tovuz istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi və Gürcüstan vasitəsi ilə bu cəsədlərin bir qismini və iki nəfər erməni mülki şəxsin - onların biri qadın, digəri isə kişidir, yaşları 80-dən yuxarıdır - təhvil verilməsini istəyib. Ermənistan hələ də buna sahib çıxmır", - o əlavə edib ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30