20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Vilyarreal"ın futbolçuları "Qarabağ" haqda: “Bizi çox çətin oyun gözləyir”

“Avropa Liqasına çox yaxşı başladıq. Qarşıdan ilk səfər oyunumuz gəlir. Üç xalımız var. Qrupdan çıxmaq üçün bu tempdə davam etməliyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Vilyarreal"ının yarımmüdafiəçisi Fransis Koklen klubun televiziyasına  açıqlamasında Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la keçirəcəkləri oyun haqda danışarkən deyib.

Komandanın kapitanı Mario Qaspar isə Ağdam klubu ilə görüşdən ehtiyatla danışıb: “Əvvəlki illərdə qrup mərhələsinin ilk səfər oyunlarında əziyyət çəkirdik. Mövqeyimizi qorumaq istəyirik. Əvvəlki təcrübələr göstərir ki, bu turnirdə istənilən rəqibi məğlub etmək çox çətindir".

İspaniyalı yarımmüdafiəçi Visente İborra da onları çətin oyun gözlədiyini bildirib: “Avropada uğur qazanmaq üçün yaxşı heyətimiz var. Amma arxayınlaşmamalıyıq. İddialı olsaq da, bilməliyik ki, bizi çox çətin oyun gözləyir".

Xatırladaq ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30