29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: "İlk dəfə rəqib baş məşqçiyə ürəkdən uğurlar arzuladım"

"Maraqlı oyun alındı. Xüsusilə də ikinci hissə daha gərgin keçdi. Azlıqda qalandan sonra da temp düşmədi. Hər iki komanda istəkli idi. Komandamdan razı qaldım. Yorğunluq yox idi. Rəşada uğurlar arzu edirəm. Qarşıdakı oyunlar bizim üçün daha da çətin olacaq. Başqa yolumuz yoxdur. Futbolçularımızı həm çempionat, həm də avrokubok matçlarına kökləməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, zədəlilərin durumuna yaxın günlərdə aydınlıq gələcəyini bildirib: "Mahir Emreli oynaya bilər, amma start heyətdə meydana çıxması çətindir. Bədavi isə sual altındadır. Hələ komandaya qoşulmayıb. Fərdi qaydada məşq edir. Sabah ümumi durumuna baxacağıq. Maksim komanda ilə 2 məşq etmişdi. Çox yorulmuşdu. Ona görə bu gün əsas heyətdə oynamadı".

Rəşad Sadıqovla duel barədə danışan baş məşqçi bunları deyib: "Rəşadla məşqlərdə rəqib olmuşuq. Səmimi olmağa çalışıram. Hər baş məşqçiyə oyundan əvvəl və sonra uğurlar arzu edirəm. Amma matçdan əvvəl bir az bu hisslər fərqli olur. Bu gün ilk dəfə özümüzü düşünmədən ona səmimi qəlbdən uğurlar dilədim".

Qurbanovun sözlərinə görə, bütün komandalar onları yaxından tanıyır: "Matçın gedişində fərqli hücumlar qurduq. İkinci hissədə Zubiri meydana buraxmaqla fərqli taktika seçdik. Bəzi məşqçilər qarşı bunu edirik. Hər iki komandanın qol epizodları oldu. Əvvəl də burada oynamışıq, amma asan olmayıb".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31