20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov: “Təkidimizdən sonra Avropa futbol qurumu bu qərarı qəbul etdi”

"Komandalarımızın beynəlxalq turnirlərdə ev oyunlarını alternativ ölkələrdə keçirməsi barədə UEFA-nın qərarından sonra AFFA-ya dəstəyini göstərən, bununla bağlı bizə və UEFA-ya məlumat verən federasiyalar var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O, Ukrayna Futbol Federasiyasının klublarımızın və millimizin oyunlarına ev sahibliyi etmək istədiyini vurğulayıb: “Bildirdilər ki, Azərbaycan komandalarının - həm milli, həm də klub səviyyəsində istənilən ev oyununun təmənnasız şəkildə Ukraynada təşkilinə hərtərəfli dəstək göstərməyə hazırdırlar. Bu dəstəyə görə Ukrayna Futbol Federasiyasına təşəkkürümüzü bildirdik və qeyd etdik ki, gələcək oyunlarda zərurət yaranarsa, bu məsələ nəzərdən keçirilə bilər".

Elxan Məmmədov "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ını Türkiyənin İstanbul şəhərində qəbul edəcəyini xatırladıb: "Oyunun məhz Türkiyədə baş tutması üçün AFFA və "Qarabağ" klubu birgə UEFA ilə danışıqlar apardı və təkidimizdən sonra Avropa futbol qurumu bu qərarı qəbul etdi. Göstərdiyi dəstəyə görə Türkiyə Futbol Federasiyasına təşəkkür edirik".

Xatırladaq ki, daha əvvəl millimiz Millətlər Liqasının IV turunda Kipri Albaniyada qəbul edib. Monteneqro ilə matçın da neytral meydanda baş tutması gözlənilir.

"Qarabağ" isə Avroliqanın ikinci turunda "Vilyarreal"la ev oyununu "Başakşehir Fatih Terim" stadionunda keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30