25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq"

“Dünən bazaya gələndə baş direktorumuz Mustafa Eröğüt mənə dedi ki, UEFA Azərbaycanın “Qarabağ” klubuna öz meydanında oynamaq icazəsi verməyib. Eşitdim ki, alternativ ölkələr arasında Türkiyə də var”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyənin “Başakşəhər” klubunun prezidenti Göksəl Gümüşdağ "Anadolu" agentliyinə müsahibəsində deyib.

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Vilyarreal” matçının “Başakşəhər Fatih Terim” stadionuna salınmasına münasibət bildirən klub rəhbəri bu qərardan məmnun olduğunu bildirib: "Azərbaycan klubu UEFA və “Başakşəhər”in razılığı olarsa, bizim stadionumuzda oynamaq istədiyini bildirmişdi. Mən də dedim ki, azərbaycanlı, xüsusilə qarabağlı qardaşlarımızı burada qəbul etməkdən qürur duyarıq. İki dövlət, bir millət hissini hər zaman yaşamışıq. Dostluq, qardaşlıq dar gündə bilinər. Stadionumuzu da, klubumuzu da, hətta evimizi də “Qarabağ”ın üzünə açarıq. Təlimat verdim ki, dərhal əlaqə saxlayın, bizim buna hazır olduğumuzu bildirin. UEFA bizdən qərarımızı soruşdu, cavabımız müsbət oldu".

Gümüşdağ “Qarabağ”ın hər 3 ev matçının onların stadionlarında keçirilməsinə razılıq verdiklərini deyib: "Oktyabrın 28-də Çempionlar Liqası çərçivəsində PSJ-ni qəbul edəcəyik, bir gün sonra isə “Qarabağ” “Vilyarreal”la qarşılaşacaq. Belə bir gündə ot örtüyündə yaranacaq problemdən danışmağa belə ehtiyac duymuruq. Biz onları ən yaxşı şəkildə evimizdə qəbul etməyə hazırıq. Can qardaşlarımızı, “Qarabağ” klubunu ən yüksək səviyyədə qonaq edəcəyik.

“Qarabağ”ın hər üç ev oyununu burada keçirilməsinə razılıq verdik. Ancaq UEFA hələlik bir oyunla bağlı qərar verib. Əgər UEFA müsbət rəy verərsə, “Qarabağ” digər iki görüşü də burada öz evindəki kimi keçirə bilər”.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. "Qarabağ" - "Vilyarreal" oyunu oktyabrın 29-da olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30