25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Makkabi"nin futbolçusu: “Hədəfimiz növbəti mərhələyə adlamaqdır”

"Makkabi"nin (Təl-Əviv) futbolçusu Dan Qlazer UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turuda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri matç haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, koronavirusdan yeni sağalmış 24 yaşlı yarımmüdafiəçi bu sözləri deyib:

“Uzun müddətdir oynamadığım üçün darıxırdım. Hazırda özümü əla hiss edirəm. Həm də komanda ilə çıxış etmək, məşq keçirmək əyləncəlidir. “Qarabağ”la matç qələbəmizlə başa çatdığına görə çox sevinirəm. Çempionlar Liqasında komanda ilə birlikdə ola bimədiyim üçün məyus idim. Amma bu gecə meydanlara qayıtdım və komandam qələbə qazandı. Qrup mərhələsinin püşkünü gördüyümüz andan bəri hədəfimiz növbəti mərhələyə adlamaqdır. Ümid edirəm ki, bundan sonra da qalib gələcəyik”.

Qeyd edək ki, turnir cədvəinə 3 xalla “Vilyarreal” başçılıq edir. Eyni xalı olan “Makkabi” 2-cidir. Aktivində xalı olmayan “Qarabağ” və “Sivasspor” isə müvafiq olaraq 3 və 4-cü yerlərdə qərarlaşırlar.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30