28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elxan Məmmədov: "Qarabağ"ın ev oyunu ilə bağlı işimiz çətinləşib"

"UEFA İcraiyyə Komitəsinin xüsusi qərarına əsasən yaxın gələcəkdə hazırkı vəziyyəti nəzərə alaraq, Azərbaycanda beynəlxalq oyunlar təşkil edilməyəcək. Nəzərə alsaq ki, yaxın gələcəkdə "Qarabağ"ın Bakıda İspaniya "Vilyarreal"ına qarşı oyunu var. Sonra isə millinin Monteneqro ilə matçı olacaq. Biz bu gün səhər bir neçə dəfə UEFA ilə əlaqə saxladıq, məsələni müzakirə etdik, hazırda danışıqlar davam etdirilir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, "Qarabağ" "Vilyarreal"la oyununu Bakıda keçirməli idi: "İlk növbədə, bu matç müzakirə edilir. Bildirdik ki, qarşılaşma alternativ ölkə olaraq Türkiyədə gerçəkləşsin. Lakin UEFA tərəfindən tövsiyə olundu ki, oyunlar qrup mərhələsində iştirak edən klubların stadionlarında təşkil edilə bilər. Bu da təbii ki, işimizi bir az çətinləşdirir. Biz "Qarabağ"la danışacağıq və vahid fikrimizi UEFA-ya çatdıracağıq. Əminəm ki, növbəti üç gün ərzində növbəti addımların nədən ibarət olacağını biləcəyik".

"Milli komandanın oyunu noyabrda olacaq. Nəzərə alsaq ki, yığma noyabrın 10-da səfərdə Sloveniya ilə yoldaşlıq oyunu keçirməlidir. Bunu nəzərə alaraq, biz də UEFA-ya fikrimizi bildirdik ki, noyabrın 14-də Millətlər Liqasında Monteneqroya qarşı ev oyunumuzu Sloveniyanın paytaxtı Lyublyanaya yaxın yerdə təşkil etmək niyyətindəyik", - Məmmədov vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31