23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qarabağ"a qalib gəlməliyik”

"Son iki həftə bizim üçün yaxşı oldu. Futbolçular sağaldılar. Onlar bu gün komandaya qoşulacaqlar, məşq edəcəklər və oyuna hazırdırlar. Sıx qrafiklə əlaqədar, addım-addım irəliləyəcəyik. Hər oyun fərqli bir hekayədir. İlk oyuna köklənməliyik. Mənim üçün oyunçuların hazır olması vacibdir. Matç günü hər hansı bir problemin olub olmadığını görəcəyik və nə olduğunu başa düşəcəyik. Əvvəlkindən daha yaxşı vəziyyətdəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Makkabi"nin baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin birinci turunda Tel-Əvivdə "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinin çox ciddi komanda olduğunu bildirib: "Yaxşı təcrübəyə sahibdirlər. Onları təhlil etmişik. "Qarabağ" müdafiədə, hücumda balanslı və güclü komandadır. Komanda şəklində oynayırlar. Güclü rəqibdir. Bizi çox çətin oyun gözləyir".

Y.Donis hər matçda xal qazanmağa çalışacaqlarını söyləyib: "Özümüzə inanırıq. Yaxşı oynayırıq, intizamlı olsaq, qrupdan çıxmaq şansımız var. Addım-addım oyunları düşünməliyik.  Avropa Liqasına yaxşı başlamalı və evdəki ilk oyunda qələbə qazanmalıyıq. Hədəflərimiz çoxdur".

Donis cəza səbəbindən texniki zonada yer almayacağını xatırladıb: "Köməkçim texniki zonada əyləşəcək. Oyunçulardan xahiş etdiyim odur ki, xırda şeylərdən xəbərdar olsunlar. Düşünürəm ki, peşəkar komanda ilə birlikdə çox yaxşı iş görə bilərlər. Mənim üçün texniki zonada olmamaq çətindir, növbəti dəfə reaksiyalarıma daha diqqət yetirməyə çalışacağam".

Qeyd edək ki, sabah "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30