23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rza Çalımbay: "Əsas "Qarabağ" və "Makkabi"yə qarşı oyunlardır"

“Yaxşı bir kollektiv ilə oynayırıq. İspaniyanın ən güclü komandalarından biridir. Bunların fərqindəyik və biz də yaxşı komandayıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Sivasspor”un baş məşqçisi Rza Çalımbay sabah “Vilyarreal”la keçiriləcək görüş barədə danışarkən deyib.

O, əsas məqsədlərinin Türkiyəni turnirdə layiqli şəkildə təmsil etmək olduğunu bildirib: “Həm özümüz, həm də Türkiyə üçün çox önəmli matçlardır. İnşallah, səfərdən xal və ya xallarla dönərik. Komandama inanıram. Tək qorxum zədədir. Bütün komandanı İspaniyaya aparırıq, amma zədəlilərimiz var. Meydana 17-18 futbolçudan ibarət heyətlə çıxacağıq".

Türkiyəli mütəxəssis ən vacib oyunlarının öz meydanlarında olacağını əlavə edib: “Qrupda ilk matç çox önəmlidir. Amma əsas məsələ "Qarabağ" və "Makkabi" ilə ev oyunlarımızdır. O qarşılaşmaları çox yaxşı başa vurmalıyıq. İspaniyadan yaxşı nəticə ilə qayıda bilsək, əlavə üstünlük əldə edəcəyik".

Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Eyni saatda "Qarabağ"ın İsraildə "Makkabi" ilə görüşünə start veriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30