24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Azərbaycan millisindən təklif gələndə 33 yaşım olduğu üçün...”

"1997/1998 mövsümünü Gəncənin "Kəpəz" klubunda keçirdim. 22 oyunda 20 qol vurub Azərbaycan çempionatının bombardiri və qalibi oldum. Həmin mövsüm komanda ölkə kubokunu da qazandı. Final matçında da qol vurdum".

Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliya "apsny.ge" deyib.

Veteran hücumçu bildirib ki, "Kəpəz"ə həmin vaxt ölkəsinin "Merani" klubunda çıxış etmiş qapıçı Qubaz Dolidzenin tövsiyəsi ilə keçib: "Sonra 5 mövsüm "Şəmkir"də oynadım. 3 dəfə Azərbaycan çempionu, 2 dəfə kubokun finalçısı, bir dəfə isə çempionatın ən sərrast futolçusu oldum. "Şəmkir"in heyətində meydana çıxdığım 110 oyunda 51 qol vurmuşam. Azərbaycan çempionatları tarixində 3 dəfə het-trik etmişəm. Həmçinin 2000-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsinin "Skonto" ilə görüşündə 3 dəfə fərqlənmişəm".

Azərbaycan millisinə çağırılması barədə də danışan Kvaratsxeliya Gürcüstan yığmasındakı güclü rəqabətə görə bu təklifi qəbul etdiyini söyləyib: "Bilirdim ki, məni Gürcüstanın əsas millisinə çağırmayacaqlar. Çünki orada məndən güclü futbolçular var idi. Azərbaycandan isə təklif 1998-ci ildə gəldi. Amma 33 yaşım olduğu üçün əvvəlcə qəbul etməkdən çəkindim. 1999-cu ilin sonunda məni növbəti dəfə yığmaya dəvət etdilər. Həmin vaxt 34 yaşım var idi. Bu dəfə isə risk etdim və millidə 3 oyun keçirdim. Bunlar DÇ-2006-nın seçmə mərhələsinin İsveç və Makedoniya ilə matçları, həmçinin, Gürcüstanla yoldaşlıq görüşü idi. Daha iki qarşılaşmada isə ehtiyatda qaldım. Karyeramın sonlarında Birləşmiş Ərəb Əmirliklərinin "Dubay" klubundan sərfəli təklif alsam da, məni ora buraxmadılar. Futbolda belə hallar da olur. Bundan sonra "Şəmkir"də oynamağa davam etdim və 39 yaşımda karyeramı bitirdim. Tbilisiyə qayıtdıqdan sonra məşqçiliyə başladım. Azərbaycan və Gürcüstanda müxtəlif klublarda çalışdım. 2019-cu ilin yazında ürək əməliyyatından sonra məşqçilik karyeramı başa vurmalı oldum".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30