26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov və komandasının adətkarlığı

VƏ YA “KƏNDİNƏ GƏLƏN” “SABAH”

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan 2 həftəlik fasilə başa çatdı. Şənbə və bazar günü keçirilən qarşılaşmalardan sonra turnir cədvəlində xeyli dəyişiklik oldu. Ən əsası lider dəyişdi.

Meydana çıxarkən beşinci pillədə qərarlaşan “Sumqayıt” son 2 turda adından söz etdirən “Zirə”ni məğlub etməklə zirvəni ələ keçirdi. “Qarabağ”la oyunda son saniyələrdə qələbəni əldən verən “Gənclik şəhəri” təmsilçisi bu dəfə üstünlüyünü sona kimi qorudu.

Hələ ötən mövsüm adından söz etdirən “Sumqayıt” cari mövsümdə daha inamlı təsir bağışlayır. Yayda bir neçə aparıcı futbolçunun klubu tərk etməsi belə komandanın çıxışına mənfi təsir göstərməyib. Düzgün strategiya, heyətə cəlb olunan futbolçular və məşqçi işi kollektivi uğura aparır. Təsadüfi deyil ki, “Sumqayıt” klub tarixinin rekorduna imza atıb. “Gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib. Ayxan Abbasovun komandası 6 turdan sonra 11 xala malikdir ki, bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. “Sumqayıt” - “Qarabağ” oyunundan sonra həmkarım, tanınmış şərhçi Gündüz Abbaszadə Ayxan Abbasova təxminən belə bir sual vermişdi ki, “ən azı 1 günlük turnir cədvəlində lidersiniz. Bu, necə hissdir?” Ayxan Abbasovdan öncə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov gülərək “ötən həftə də lider idik” cavabını verdi. Ayxan Abbasov isə “keçən mövsüm də bir neçə dəfə lider olmuşduq” söyləyərək, bir növ liderliyin onlar üçün yenilik olmadığına işarə etdi. Onu da bildirdi ki, əsas sonda yaxşı yerdə qərarlaşmaqdı.

Bütün bunları xatırlamağımız səbəbsiz deyil. Cari mövsüm 6 tur geridə qalıb və “Sumqayıt” artıq üçüncü dəfədir ki, turnir cədvəlində zirvəni ələ keçirir. Belə görünür ki, artıq liderlik “Sumqayıt” üçün yad hiss deyil. Ayxan Abbasov və komandası sanki liderliyə adət edib.

Turnir cədvəlində zirvəyə yüksələn “Sumqayıt”dan fərqli olaraq “Sabah” üzüaşağı gedir. Üçüncü turda “Sumqayıt”la birgə şərikli lider olan paytaxt təmsilçisinin bu çıxışını bəziləri çox şişirtmişdilər. Hətta efirdə belə “Sabah”ı az qala “Barselona” səviyyəsinə qaldıranlar da vardı. Halbuki həmin 2 qələbə təsadüfi xarakter daşıyırdı. “Qəbələ” ilə oyunda yaxaladığı qol epizodlarını maksimum dəyərləndirən “Sabah”ı “Zirə” ilə oyunda Saşa Stamenkoviç xilas etdi. Serb qapıçının vacib qurtarışları olmasaydı, “Sabah” Zirə səfərindən 3 xalla qayıda bilməzdi. Ardıcıl alınan 3 məğlubiyyət də göstərdi ki, “Sabah” özünə gəlir. Əsl “Sabah” məhz budu. Bir şeyi unutmayaq ki, milli komandanın aparıcı futbolçularını transfer etmək, ölkənin ən  perspektivli gənclərini heyətə qatmaq, yaşı 30-dan yuxarı legionerləri komandaya cəlb etmək, İspaniyadan məşqçi gətirmək uğur qazanmaq üçün bəs etmir. Bir futbol klubunda uğur qazanmaq üçün idarəetmə işi bilən adama tapşırılmalıdır. Klubun təsisçisi, prezidenti, icraçı direktoru, baş meneceri futboldan bixəbər adamlardısa, uğur qazanmaq qeyri-mümkündü.

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30