24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Füzuli Məmmədov: “Futbolçuları oyuna kökləmək çətin olur”

"Oyun haqqında danışmaq hazırkı durumda çətindir. Bütün Azərbaycanın diqqəti cəbhədədir. Ürəyimiz onlarla döyünür. Futbolçuları oyuna kökləmək çətin olur. Allah şəhidlərimizə rəhmət eləsin, Ordumuza qüvvət versin. Qarşıda daha yaxşı qələbə xəbərləri eşidəcəyimizə ümid edirəm və eşidirik. Matç çətin oldu. Rəqibi analiz etmişdik. Futbolçular tapşırıqların öhdəsindən gəldilər. Onlar meydanda döyüşdülər".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VI turunda evdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Rener Alvesə şans verməməsi barədə bunları bildirib: “Mert Çetinin oyun praktikası daha çox olduğu üçün ona şans verdik. Rener Alvesin çempionata və komandaya uyğunlaşmasına vaxt lazımdır. Onu gələcək üçün planlaşdırmışıq. Mert Çelikin oyun praktikası yerindədir. Azərbaycanın U-21 yığmasında daim oynayır” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30