26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Rusiya millisi Bakıdakı arenanın alovlarında kabab olmamağa çalışmalıdır"

Məşhur rusiyalı futbol eksperti Yevgeni Lovçev Rusiya millisinin DÇ-2014-ün seçmə mərhələsindəki son oyunları barədə danışıb. Futbolxeber.az-ın məlumatına görə, Lovçev Bakıda baş tutacaq Azərbaycan - Rusiya oyununun həmyerliləri üçün həlledici olacağını qeyd edib: "Rusiya millisi keçmiş Postsopvet məkanında lider hesab olunumur. Çünki biz qonşularımızla oyunlarda tez-tez xal itiririk. Həm nəticə, həm də oyun baxımınan Azərbaycanla matçlarımız da çətin keçir. Xatırladığım qədər ilə biz Azərbaycanı evdə 2 dəfə çətinliklə məğlub etmişik, 1 dəfə isə səfərdə heç-heçə oynamışıq. Heç-heçə başa çatan həmin oyundan öncə Arşavin bildirmişdi ki, Bakıya turistik səfər edirlər. Bu, əla motivasiya idi... Ümumiyyətlə, keçmiş sovet ölkələrinin yığmaları ilə qarşılaşmalar ayrı tarixdi. Bu dəfə Bakıdakı arenanın alovlarında kabab olmamağa çalışmalıyıq. Şübhəsiz, biz daha güclüyük. Bizi qarşıda dünya çempionatı gözləyir. Amma rəqib futbolçuların gözündə həm qəzəb olacaq, həm də inanılmaz qələbə istəyi ilə meydana çıxacaqlar".

Xatırladaq ki, Azərbaycan - Rusiya matçı oktyabrın 15-də keçiriləcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30