Ölkə futbolu
Qurban Qurbanov: “İşimiz Ordumuza motivasiya verməkdir”
"Öncə hamını təbrik edirəm. Torpaqlarımız qayıtmağa başlayır. Füzüulinin alınması çətin uğur oldu. Əsgərlərimiz çox əziyyət çəkdilər. Allah Ordumuzu qorusun. Gəncədəki hadisə hamıya məlumdur. Allah ölənlərə rəhmət eləsin. Hamımız üzülürük".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının VI turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, matç barədə çox danışmaq istəmədiyini bildirib: "Qalib gəldik. Ölkədəki duruma baxmayaraq, komanda olaraq üzərimizə düşəni etməyə çalışırıq. Ölkəmizi layiqli təmsil etmək istəyirik. Oktyabrın 22-də oyuna hazırlaşırıq. Çətin qələbə qazandıq. Matçdan əvvəl futbolçulara bildirmişdim ki, "Qəbələ" elə-belə komanda deyil. Bu gün 2-ci məğlubiyyətini aldı. Futbolçularımı təbrik edirəm. Vacib 3 xal əldə etdik".
Cəbhədəki hadisələrə də toxunan təcrübəli baş məşqçi hər kəsin öz sahəsində fəal olmalı olduğunu vurğulayıb: "Ali Baş Komandan da bildirdi ki, hərənin öz vəzifəsi var. Bizim işimiz Ordumuza motivasiya verməkdir. Cəbhə bölgəsinə getməmişəm. Daha yaxşı gedəcəyik. Özümüzü, klubu elə idarə etməliyik ki, bizim də köməyimiz dəysin. Pandemiyaya qarşı yaxşı mübarizə aparmalıyıq ki, dövlətin fikrini yayındırmayaq. Hərənin üzərində bir vəzifə var. Ürəyim cəbhədədir. Sadəcə, arxa deyil, ön cəbhədə olmaq istəyirik".
Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində problem yaşamayacaqlarına ümid etdiyini deyib: "Sevindiricidir ki, qrupa düşdük. Əlimizdəki futbolçular sağlam olsa, problemimiz olmayacaq. Oyunçularıma güvənirəm. İnanıram ki, daha yaxşı nəticələr əldə edəcəyik".
Baş məşqçinin sözlərinə görə, ev oyunlarının Bakıda keçirilməsi daha yaxşı olar: "Klub federasiya ilə əlaqədədir. Federasiyaya yazılı müraciət olub. Yeganə problem oyunun 21:00-da olmasıdır. Ən böyük arzumuz burada oynamaqdır. Hələ ki, "yox" cavabı yoxdur. Burada tək bizim fikrimiz bəs etməyəcək. UEFA-nın, digər qurumların da razılığı olmaldır".
Qurbanov I qrupunun ilk turunda qarşılaşacaqları İsrail "Makkabi"si (Tel-Əviv) ilə görüşdən də söz açıb: "Rəqib topla oynamağı sevəın komandadır. Nadir hallarda bu faiz aşağı olur. Ciddi hazırlaşmalıyıq".
Qurbanov 3 cəbhədə mübarizə aparmağın asan olmayacağını bildirib: "Bunu deməklə, özümü sığortalamış olacağam. Məşqçilərin bu məqamda işi çox çətin olur. Avrokuboklarda 5 əvəzetmə olacaq. Bu, bizim üçün üstünlükdür. Yüklənmə çox olduğundan futbolçularımız tez-tez zədələnirlər. Amma açığı, gənclərimizə çox güvənirəm. Qarşıdakı matçlarda onlardan daha çox istifadə edə bilərik. İlin əvvəlindən gəncləri əsas komandaya cəlb etmək fikrim var idi. Pandemiya hamıya olduğu kimi, bizə də təsir etdi. Düşünürəm ki, yaxşı olacaq. Mən problem olduğu anda onu yoluna qoymağı xoşlayıram".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər açıqlandı
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
- Sərxan Hacıyev: “Monqolustan və Bolqarıstanla oyunlara görə milliyə mükafat veriləcək”
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Bəhlul Mustafazadə: “Millidə bütün futbolçular ikiqat çalışırlar”
-
13:45
"Neftçi"nin iki futbolçusu "Zirə"yə qarşı oynamayacaq
-
13:19
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
-
13:04
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib
-
12:53
“Qəbələ” “Qarabağ”, “Zirə” “Neftçi” səfərində
-
12:31
Ayxan Abbasovun həqiqətləri
-
12:00
Sərtan Taşkının komandası səfərdə qalib gəldi
-
11:48
"Atletik" öz meydanında büdrədi VİDEO
-
11:27
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
-
11:15
"Yuventus" məğlubiyyətdən qaçdı VİDEO
-
11:03
“Traktor” səfərdə uduzdu
-
10:52
"Ayntraxt"ın qələbəsi VİDEO
-
10:39
Bu gün Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək
-
10:24
"Latsio" 3 xalı tək qolla qazandı VİDEO
-
10:11
Orxan Məmmədov “Neftçi” ilə oyundan öncə “Zirə”ni tək buraxmadı FOTOLENT
-
09:48
"Beşiktaş" "Ankaragücü"nü məğlub etdi VİDEO
-
09:30
"Qəbələ"nin 2 futbolçusu "Qarabağ"a qarşı oynamayacaq
-
20:15
"Sumqayıt" Tovuzdan qələbə ilə qayıdır VİDEO
-
19:58
Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
-
19:31
Samir Abasov: “Bu gün bizi bu yerdə görmək heç kim üçün xoş deyil”
-
18:26
"Sumqayıt” II pilləyə yüksəldi
-
16:42
Azərbaycan gimnastı: “Karyeramda ən böyük dəstəkçim anamdır”
-
16:07
PFL-in prezidenti: “Qəzadan sonra 9 dəfə əməliyyat olundum”
-
15:54
Tovuzda heyətlər açıqlandı
-
15:23
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
-
14:15
Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər
-
13:46
Andersson azarkeşlərə səsləndi: “Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil”
-
13:39
“Bojoviçin komandada qalıb-qalmaması mənim fikrimdən asılı olacaq”
-
13:28
“Neftçi”nin idman direktoru maaşını açıqlamaq istəmədi
-
13:20
Yens Andersson: “Sizə söz verə bilmərəm ki, qruplarda oynayacağıq”
-
12:57
"Qəbələ" Abu Akalla vidalaşdı
-
11:14
XXXI turun hakim təyinatları
-
10:31
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb
-
10:06
Mükafatlar uğrunda oyunların tarixləri müəyyənləşib
-
09:49
"Aston Villa" penatilərlə mərhələ adladı VİDEO
-
09:28
"Fənərbaxça" Konfrans Liqası ilə vidalaşdı VİDEO
-
09:10
İddiaçılar Turniri: Nicat Abasov yenə də uduzdu
-
19:01
“Turan Tovuz” azarkeşlərə səsləndi: Finala bərabər son 6 oyun! VİDEO
-
18:49
“Dinamo” - “Qusar” matçında 4 qol
-
18:16
I Liqada 22-ci tura yekun vuruldu
-
17:32
“Sumqayıt” “Turan Tovuz”la oyuna hazırdır FOTOLENT
-
16:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
16:24
Hakimlər “kimə işləyir”? - Araşdırma
-
15:47
U-17 millisinin heyətində dəyişiklik
-
15:33
"Neftçi" Zirə” səfərinə hazırlaşır FOTOLENT
-
15:00
Tovuz stadionu ilk dəfə avrokubok oyununu qəbul edə bilər
-
14:28
Azərbaycan şahmatçıları Avropa çempionatında iştirak edəcəklər
-
14:11
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
-
13:39
Azərbaycan Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan edib
-
13:08
AFFA İntizam Komitəsi iki kluba texniki məğlubiyyət verib
-
12:52
Adi Mehremiçə 4 oyunluq cəza