19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Həmişə əsgərlərimizin yanındayıq”

"İlk növbədə, cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmişə onların yanındayıq. Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis qələbə əzmi ilə çıxdıqları qarşılaşmadan 3 xalla ayrıla bilməmələrindən təəssüfünü ifadə edib.

Bununla belə, Hüseynov komandasının pis təsir bağışlamadığını vurğulayıb. Onun fikrincə, "Səbail" uduzduğu əvvəlki oyunlarda yaxşı oyun sərgiləyib.

Təcrübəli baş məşqçi fərqlənmək üçün imkanlarının həddindən artıq olduğunu iddia edib: "Bu gün ilk 5 turda yaratmadığımız qədər imkanlarımız oldu. Lakin qol şanslarımızdan yararlana bilmədik. Futbolun qanunudur: Sən istifadə edə bilmirsənsə, rəqib bacarar. Belə də oldu. "Səbail" qapımız qarşısında bir-iki təhlükəli epizod yaratdı və birindən istifadə etdi. Deməzdim ki, 1 xal qazandıq. Bu gün 2 xal itirdik. Qarşıda "Neftçi" ilə ağır oyunumuz var. 3 xalı bu matçda qazanmağa çalışacağıq".

Hüseynov fərqlənə bilməmələrinə "Səbail"in qapıçısı Nikolas Hagenin bir neçə epizodda mane olduğunu da vurğulayıb: "Futbolda qol vura bilməyəndə bəxt amilini də qabardırlar. Bu gün bizdə çoxlu imkan olsa da, rəqib qapıçı özünü yaxşı tərəfdən göstərdi. Həm də bəxt bizdən üz döndərdi" (Sport.24.az)..

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30